"Bakı" klubunun hədəfi hər zaman çempionluq olub". Bu sözləri Siasport.az saytına "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov deyib. O, komandada dönüş yaradıldığını vurğulayıb: "Bu mövsüm komandada dönüş yaratmışıq. Xarici tərəfdaşlarımızın da təcrübəsindən yararlandıq. Bu mövsüm ambisiyalarımız böyükdür. Avroliqada mübarizə aparmaq istəyirik. Hələ qışda və yayda da yeni transferlərimiz olacaq. Oyun üslubumuz da dəyişib. Mən də çox sevinirəm ki, hər kəs baş məşqçi Milinko Pantiçin iş üslubunu bəyənib, dəstəkləyir.
Yerli oyunçulara da üstünlük veririk. Azərbaycanın ən yaxşı futbolçuları "Bakı" klubunda oynayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB