Azad Rəhimov: “Azərbaycanda qolf sahələrinin açılması çox vacibdir”
"Azərbaycanda qolf sahələrinin açılması çox vacibdir. Ona görə vacibdir ki, qolf iki ildir ki, olimpiya idman növləri sırasındadır". Siasport.az saytının məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib. O, 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək üçün idmançı yetişdirməyə vaxtın olduğunu qeyd edib: "İnanıram ki, 2016-cı ildə Olimpiya Oyunlarında qolf idman növündə Azərbaycan təmsil olunacaq".
Nazir Qubada və Bakıda olan qolf səhələrində çoxlu idmançıların yetişəcəyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB