Azərbaycan Qolf Federasiyasının inzibati binasının açılış mərasimi keçirilib FOTO

Azərbaycan Qolf Federasiyasının inzibati binasının açılış mərasimi keçirilib FOTO

Azərbaycan Qolf Federasiyasının (AQF) inzibati binasının açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasimdə AQF-nin prezidenti Anar Məmmədov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Olimpiya çempionları, Milli Məclisin deputatları, idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov və AQF-nin prezidenti Anar Məmmədov açılış lentini kəsiblər.

Federasiya prezidenti A.Məmmədov çıxış edərək Azərbaycan Qolf Federasiyasının açılışının ölkə idmanı üçün əlamətdar hadisə olduğunu vurğulayıb. O, federasiyanın məqsədlərindən danışaraq, qurum barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov AQF-nin yaradılmasının, gənclərin bu növə cəlb olunmasının və bu növdə idmançıların yetişdirilməsinin böyük nailiyyət olduğunu bildirib. O, 2016-cı ildə Olimpiya Oyunlarında bu növdə təmsilçimizin olmasını arzulayıb və bütün idman ictimaiyyətini təbrik edib.

Daha sonra mərasim iştirakçıları federasiyanın inzibati binası və oyun meydançası ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə