Arda Turan "Porto"nu devirdi!

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, dünən gecə keçirilən ilk oyun günündə E, F, G və H qruplarında görüşlər baş tutub. E qrupunda "Şalke" səfərdə "Bazel"in qonağı olub və minimal hesabıla qalib gəlib. "Çelsi" səfərdə "Styaua"nı darmadağın edib - 4:0. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşüblər. İngiltərə təmsilçisinin üstünlüyü şəraitində keçən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edib və rəqib qapısından 3 cavabız qol keçirib. G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayıb və 0:0 hesabı ilə başa çatıb. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gəlib. Madrid təmsilçisi qapısında erkən qol görsə də, daha sonra iki qol vuraraq rəqibinə qalib gəlib - 2:1.

H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0. Digər matçda isə "Ayaks" doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirib. Hollandiya klubu görüşü qalib başa vura biərdi, lakin oyun 90+4-cü dəqiqəsində "Milan" Mario Balotellinin qolu sayəsində məğlubiyyətdən aça bilb. Qeyd edək ki, II turun qalan 8 görüşü bu axşam keçiriləcək.

1 oktyabr

Çempionlar Liqasının qrup mərhələsi, II tur

E qrupu

23:45. "Bazel" (İsveçrə) - "Şalke" (Almaniya) - 0:1
Qol:
Draxler, 54 (0:1)
23:45. "Styaua" (Rumıniya) - "Çelsi" (İngiltərə) - 0:4
Qollar:
Ramires, 20 (0:2), Georgiyevski, 24 (0:2), Ramires, 55 (0:3), Lempad, 90 (0:4)

E qrupu
O Q H M T-F Xal
1 Şalke 2 2 0 0 4 / 0 6
2 Çelsi 2 1 0 1 5 / 2 3
3 Bazel 2 1 0 1 2 / 2 3
4 Styaua 2 0 0 2 0 / 7 0



F qrupu

23:45. "Arsenal" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0
Qollar:
Özil, 8 (1:0), Oliver, 15 (2:0)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Marsel" (Fransa) -3:0
Qol:
Levandovski, 19(1:0), Reus, 52 (2:0), Levandovski, 79 (3:0)

F qrupu
O Q H M T-F Xal
1 Arsenal 2 2 0 0 4 / 1 6
2 Borussiya (Dortmund) 2 1 0 1 4 / 2 3
3 Napoli 2 1 0 1 2 / 3 3
4 Marsel 2 0 0 2 1 / 5 0



G qrupu

21:00. "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) - 0:0
Qırmızı vərəqə:
Vitsel, 44 ("Zenit")

23:45. "Porto" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:2
Qollar:
Martinez, 16 (1:0), Qodin, 5 (1:1), Arda Turan, 85 (1:2)

G qrupu
O Q H M T-F Xal
1 Atletiko (Madrid) 2 2 0 0 5 / 2 6
2 Porto 2 1 0 1 2 / 2 3
3 Austria 2 0 1 1 0 / 1 1
4 Zenit 2 0 1 1 1 / 3 1




H qrupu

23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya) - 0:1
Qol:
Fabreqas, 76 (0:1)
Qırmızı vərəqə: Braun, 59 ("Seltik")

23:45. "Ayaks" (Hollandiya) - "Milan" (İtaliya) - 1:1
Qol:
Densvil, 90 (1:0), Balotelli, 90+4 (1:1)

H qrupu
O Q H M T-F Xal
1 Barselona 2 2 0 0 5 / 0 6
2 Milan 2 1 1 0 3 / 1 4
3 Ayaks 2 0 1 1 1 / 5 1
4 Seltik 2 0 0 2 0 / 3 0





2 oktyabr

A qrupu

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Real Sosyedad" (İspaniya)

A qrupu

O Q H M T-F Xal
1 Mançester Yunayted 1 1 0 0 4 / 2 3
2 Şaxtyor (Donetsk) 1 1 0 0 2 / 0 3
3 Bayer (Leverkusen) 1 0 0 1 2 / 4 0
4 Real Sosyedad 1 0 0 1 0 / 2 0



B qrupu

23:45. "Real" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka)
23:45. "Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə)

B qrupu

O Q H M T-F Xal
1 Real (Madrid) 1 1 0 0 6 / 1 3
2 Yuventus 1 0 1 0 1 / 1 1
3 Kogenhagen 1 0 1 0 1 / 1 1
4 Qalatasaray 1 0 0 1 1 / 6 0


C qrupu

23:45. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)
23:45. "Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)

C qrupu

O Q H M T-F Xal
1 PSJ 1 1 0 0 4 / 1 3
2 Benfika 1 1 0 0 2 / 0 3
3 Anderlext 1 0 0 1 0 / 2 0
4 Olimpiakos 1 0 0 1 1 / 4 0


D qrupu

21:00. CSKA (Moskva, Rusiya) - "Viktoriya" (Çexiya)
23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)

D qrupu

O Q H M T-F Xal
1 Bavariya 1 1 0 0 3 / 0 3
2 Mançester Sityi 1 1 0 0 3 / 0 3
3 CSKA (Moskva) 1 0 0 1 0 / 3 0
4 Viktoriya 1 0 0 1 0 / 3 0

Bütün xəbərlər Facebook səhifəmizdə