"Zenit" yenə qələbə qazana bilmədi

"Zenit" yenə qələbə qazana bilmədi

Dünən axşam UEFA Çempionlar Liqasında növbəti qrup oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, ilk qrup qarşılaşmasında səfərdə Madrid "Atletiko"suna 1:3 hesabı ilə uduzan Rusiya "Zenit"i doğma meydanda "Austriya" ilə qarşılaşıb. Olduqca maraqlı keçən qarşılaşmada tərəflər bir çox qol epizodları yaratsalar da, görüşdə qapılara qol vurulmayıb. Beləliklə Sankt-Peterburq təmsilçisi yenə qələbə qazana bilməyərək, G qrupundakı vəziyyətini bir qədər də pisləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə