Oktyabrın 4-6-da Siyəzən rayonunun "Beşbarmaq" massivində mərhum Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunmuş Qayayadırmanma (təbii qayalara) üzrə açıq Kubok keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışa ölkəmizin müxtəlif klublarından idmançılar qatılacaq.
Yarışın marşrutlarının qurulmasında Rusiyadan dəvət olunmuş beynəlxalq dərəcəli idman ustaları iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB