Məhərrəm Sultanzadə: "İdmançılarımız III İslam Həmrəyliyi Oyunlarında böyük uğur qazanıblar"

Məhərrəm Sultanzadə: "İdmançılarımız III İslam Həmrəyliyi Oyunlarında böyük uğur qazanıblar"

"Xaqımızı təbrik edirəm, idmançılarımız III İslam Həmrəyliyi Oyunlarında böyük uğur qazanıblar". Siasport.az saytının məlumatına görə, bu sözləri atletika üzrə milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə deyib. O, növbəti oyunlarda daha çox medal qazanmağa çalışacaqlarını qeyd edib: "İlk dəfədir ki, Azərbaycan idmançıları İslam Oyunlarında bu qədər medal qazanıblar. Ümumilikdə 24 medal əldə etmişik. Atletika növündə isə idmançılarımız 2 qızıl və 2 bürünc medal qazanıblar. 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında daha çox medal qazanmağa çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə