AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
27 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" – "İnter" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
28 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VIII turunun "Bakı" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyundan sonra "Sumqayıt" klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur (maddə 42.4).
Oyundan sonra baş tutan mətbuat konfransında "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunur (maddə 82.3).
28 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VIII turunun "Neftçi" - "Qarabağ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 57-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Oyunun 10 və 59-cu dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunur (maddə 52).
29 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VIII turunun "Simurq" – "Qəbələ" matçının 36-cı dəqiqəsində "Simurq" klubunun 2 №-li futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
27 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Bakı" – "Sumqayıt" matçında Bakı klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
28 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Rəvan" – AZAL oyununun 69-cu dəqiqəsində AZAL klubunun 25 №-li futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Matçın 79-cu dəqiqəsində "Rəvan" klubunun 10 №-li futbolçusu Hakim İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
28 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun "Qəbələ" – "Simurq" matçında "Qəbələ" klubunun 5, "Simurq" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 500 manat cərimə olunur (maddə 40).
28 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun III turunun "Turan-T" – "Karvan" matçında "Karvan" klubunun 4 futbolçusunun sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
29 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun III turunun "Lokomotiv" – "Neftçala" matçının 78-ci dəqiqəsində "Lokomotiv" klubunun 18 №-li futbolçusu Kənan Cəfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun III turunun "Qaradağ Lökbatan" – "Kəpəz" matçının 85-ci dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 15 №-li futbolçusu Vüsal Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
29 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun III turunun "Ağsu" – "Şahdağ" matçında "Şahdağ" klubunun 4 futbolçusunun sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Oyunun 59-cu dəqiqəsində "Şahdağ" klubunun 5 №-li futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).
Oyun başa çatdıqdan sonra "Şahdağ" klubunun 9 №-li futbolçusu Sərxan Ağayev qeyri-etik hərəkətə görə (dəyişiklik tablosunu ayaqla sındırdığına görə) 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).
28 sentyabr 2013-cü il U-14 Liqasının UGİM (Lənkəran) – "Separadi Bələdiyyəsi" (Lənkəran) matçının 53-cü dəqiqəsində UGİM (Lənkəran) klubunun 5 №-li futbolçusu Nurlan Əzizli qeyri-idman hərəkətinə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
29 sentyabr 2013-cü il U-11 Liqasının UGİM (Lənkəran) – "Lerik" matçında "Lerik" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 sentyabr 2013-cü il futzal üzrə Azərbaycan I dəstəsinin "Neftçi-2" – "Cəfəri 313" matçının 14-cü dəqiqəsində "Cəfəri 313" klubunun 11 №-li futbolçusu Abbas Qasımzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
29 sentyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Volsfaqen" – "Akkord" matçının 40-cı dəqiqəsində "Volsfaqen" klubunun 11 №-li futbolçusu Orxan Ağayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
28 mart 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin "Veqa" – "Uğur" matçının 33-cü dəqiqəsində "Veqa" klubunun 7 №-li futbolçusu Kamran Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB