III İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıtdılar
Bu gün İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Azərbaycan idmançılarının bir qismi Vətənə qayıdıblar. Siasport.az saytının məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin nümayəndələri, çox sayda azarkeşlər və jurnalistlər qarşılayıblar. Azarkeşlər idmançılarımzı təbrik edərək, onlara gül dəstələri veriblər. Daha sonra idmançılar və məşqçilər jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları medalların sayını 24-ə çatdırıblar. Yığma komandamızın hesabında ümumilikdə 7 qızıl, 8 gümüş və 9 bürünc medal var.
Onu da nəzərinizə çatdıraq ki, yarışlar bu gün başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB