Futbol üzrə "DÇ-2014"-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Rusiya oyununun baş hakimi müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, oktyabrın 15-də Bakıda baş tutacaq qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Milorad Majiç olacaq. Yan xətt hakimi funksiyasını Milovan Ristiç və Dalibor Circeviç yerinə yetirəcək. Görüşün ehtiyat hakimi isə Boşko Yovanetiçdir. Qeyd edək ki, qarşılaşma 8-ci km stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB