Elxan Məmmədov yığma komanda ilə görüşüb

Elxan Məmmədov yığma komanda ilə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. Siasport.az saytının məlumatına görə, E.Məmmədov Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamıza uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 10-da İrlandiya, 2 gün sonra Bosniya və Herseqovina, oktyabrın 15-də isə İsveç komandası ilə qarşılaşacaq. Yığmamızın mübarizə aparacağı 3-cü qrupun oyunları İsveçdə təşkil olunacaq.

Turnirə hazırlıq çərçivəsində komandamız oktyabrın 1-dən 7-dək Latviyada təlim-məşq toplanışı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə