İstanbulun "Qalatasaray" futbol klubuna baş məqşçi təyin olunan Roberto Mançini, imzalama mərasimindən sonra klubun rəsmi televiziyasına açıqlama verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis, "Qalatasaray" kimi böyük komandada çalışacağı üçün xoşbəxt olduğunu elan edib. O bildirib ki, bütün təcrübəsini və biliyini komandanın həm Türkiyə Superliqasında, həm də UEFA Çempionlar Liqasında qələbə qazanması üçün sərf edəcək. "Qalatasaray"ın ardıcıl 2 dəfə futbol üzrə Türkiyə çempionu olmasından xəbərdar olduğunu deyən R.Mançini, 3 dəfə çempion olmaq üçün mübarizə aparacaqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB