Dağçılıq İdman Klubunun komandası Gürcüstanda təlim-məşq toplantısını keçirib. Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən Siasport.az saytına verilən məlumata görə, təlim-məşq toplantısı 20-28 sentyabr 2013-cü il tarixlərində Gürcüstanın Çauxi dağ massivində təşkil olunub. Ekspedisiyanın iştirakçıları müxtəlif çətinliyi olan Muxadze, Tikanadze və Rçeulişvili zirvələrini fəth ediblər.
Qeyd edək ki, 10 nəfərdən ibarət olan komandada həm tərcübəsiz, həm də təcrübəli idmançılar yer alıblar. Təcrübəlilərin qayaya dırmanma üzrə 2-ci dərəcələri var. İdmançıların maraq dairələri asan marşrutdan çətin marşrutadək dəyişib.
Bundan əlavə, sözügedən dağ ərazisi idmançılarımız tərəfindən yeni marşrutların salınması üçün araşdırılıb. Çətin hava şəraitinə - hər gün leysan, boran və son üç gündə bərk qar yağmasına baxmayaraq, ümumlikdə ekspedisiya çox uğurlu alınıb.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyası (AAF) Çauxidə kütləvi təlim-məşq toplantıları keçirməyi planlaşdırır. Relyefin zənginliyi - qayalıq ərazi, qarlı yamaclar, buzlu keçidlər, bir çox alpinist marşrutları və yeni marşrutların salınması üçün bir çox imkanlar, həmçinin yumşaq hava şəraiti bu ərazini təlim-məşq toplantıları keçirmək üçün çox əlverişli edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB