Topaz Premyer Liqasının VIII turunda gözlənilmədən kobud səhv sonrası "İnter"ə məğlub olan "Xəzər Lənkəran" fasiləsiz məşqlərini davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda artıq üç gündür ki, Lənkəranda havaların yağmurlu keçməsinə baxmayaraq, ehtiyat meydançada "Rəvan"la matçın hazırlığını davam etdirir.
"İnter"lə oyunda çiyinindən zədələnən Mbilla Etame hələ ki, məşqlərə qoşula bilmir. "Xəzər Lənkəran" sabah günorta saatlarında Bakı şəhərinə yola düşəcək. Komanda oktyabr ayının 4-də "Rəvan"ın qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB