Topaz Premyer Liqasının 8-ci turu mövsümün antirekordu ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, turun 5 oyununda cəmi 2 qol vurulub. Bu qollar "Xəzər Lənkəran" - "İnter" və "Bakı" - "Sumqayıt" matçlarına təsadüf edib. Müvafiq olaraq qonaqlar və meydan sahibləri 1 qolla 3 xal qazanıblar. Digər 3 görüşdə isə qol vurulmayıb. Bu nəticə mövsümün ən aşağı məhsuldarlığıdır. Bunadək ən az məhsuldarlıq olan turda 10 qol vurulmuşdu.
|
tur |
oyun |
qol |
məhsuldarlıq |
|
1 |
5 |
15 |
3,00 |
|
2 |
5 |
14 |
2,80 |
|
3 |
5 |
14 |
2,80 |
|
4 |
5 |
11 |
2,20 |
|
5 |
5 |
10 |
2,00 |
|
6 |
5 |
16 |
3,20 |
|
7 |
5 |
11 |
2,20 |
|
8 |
5 |
2 |
0,40 |
|
cəmi |
40 |
93 |
2,33 |
Mövsümün daha 1 antirekordu isə qol vurulmayan oyunların sayında qeydə alınıb. "Neftçi" - "Qarabağ", "Simurq" - "Qəbələ" və "Rəvan" - AZAL görüşləri qolsuz bitib. Əvvəlki 7 turda cəmi 4 oyun qolsuz başa çatmışdı. 2-ci və 4-cü turların hərəsində 1, ötən tur isə daha çox - 2 qarşılaşma 0:0 hesabı ilə nəticələnmişdi. Bu dəfə isə yeni antirekord qeydə alındı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB