Oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 6-cı beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda yığma komandamızın 3 üzvü iştirak edəcək.
Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və İbrahim Usubov (84 kq) yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
Turnirin proqramına əsasən oktyabrın 5-də 55, 66, 84 və 120 kq, oktyabrın 6-da isə 60, 74 və 96 kq çəkidə pəhləvanlar qüvvələrini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB