İdmançılarımız III İslam Həmrəyliyi Oyunlarında 18 medal qazanıblar

İdmançılarımız III İslam Həmrəyliyi Oyunlarında 18 medal qazanıblar

Azərbaycan millisinin İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 18-ə çatıb. Siasport.az saytının məlumatınagörə, yığmamızın qazandığı son 4 mükafatdan ikisinin əyarı qızıl, biri gümüş, digəri bürünc olub.
Atletimiz Hayle İbrahimov 5 min metr məsafəyə qaçışda finiş xəttinə birinci çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun qələbəsini üç təkanla tullanan Yekaterina Sarıyeva da təkrarlayıb.
Kamandan oxatma üzrə komandamız da İndoneziyada özünü doğrulub. Roman Venqerov, Aleksey Korpin və Zaur Qəhrəmanovdan ibarət millimiz ölkəmizin aktivinə gümüş medal yazdırıb.
5000 m məsafəyə qaçışda isə Layeş Abdullayeva bürünc medalla kifayətlənib.
Qeyd edək ki, komandamıza digər mükafatları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız, Boris Kirillov (hamısı çempion), Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq), İntiqam Zairov (94 kq, hamısı gümüş medal), Dmitri Marşin, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hər üçü bürünc medal) qazandırıblar. Yevgeni Lazuka isə 1 gümüş və 1 bürünc medala yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə