Vaqif Sadıqov: "Heç-heçə ədalətli nəticə idi

Vaqif Sadıqov: "Heç-heçə ədalətli nəticə idi

Topaz Premyer Liqasının 8-ci turunun son oyununda "Rəvan" "Bayıl Arena"da AZAL-la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, komandaların səylərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb - 0:0.

Hər iki komandanın baş məşqçisinin fikirlərini nəzərinizə çatdırırıq:

Vladislav Qədirov, "Rəvan" klubunun baş məşqçisi: "Komandama inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyatlı oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdur. Hər iki komandanın qol vurmaq şansları oldu".

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı. Fikrimcə, heç-heçə ədalətli nəticə idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra "Simurq"la çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım".

Bütün xəbərlər Facebook səhifəmizdə