Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 8-ci turunun mərkəzi oyunu olan "Neftçi" - "Qarabağ" qarşılaşmasında tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb. Siasport.az saytı oyundan sonra baş məşqçilərin səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Maraqlı oyun oldu. Bu cür oyunda yalnız qol çatışmadı. Oyunun sonuna kimi komandalar tempi aşağı salmadı. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Qol epizodları da yaratdıq, səhvlərimiz də oldu. Daha da yaxşı oynamağa çalışacağıq".
Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Komandalar əzmkar oyun göstərdilər, meydanda əsl mübarizə var idi. Komandalarımız arasındakı oyunlar milli çempionatlar tarixində həmişə gərgin keçir. Hər iki komandanın qol imkanları oldu. Bir xal da bir nəticədir. Qarşıda 28 tur var, bugünkü oyunu unudub, qarşıdakı turları düşünməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB