Topaz Premyer Liqasının 8-ci turunda "Bakı" doğma meydanda "Sumqayıt" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, ikinci hissədə komandasına qələbəni gətirən qolu vuran Mindauqas Kalonas həm də mövsümün ən sərrast futbolçuları sırasında vahid lider olub - 1:0.
Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Oyun maraqlı alındı. Komandamın oyunu məni qane etsə də, nəticədən razı qala bilmərəm".
Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə qazandıq. "Sumqayıt" yaxşı komandadır. Klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm. "Qəbələ"yə qalib gəlmişdilər, ötən turda isə "Neftçi" ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa çatır. Ötən mövsüm "Sumqayıt" komandamızdan 4 xal almışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB