Dünən axşam Topaz Premyer Liqasında 8-ci turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. "Bakı" öz meydanında "Sumqayıt"ı qəbul edib. Mindauqas Kalonasın matçın 63-cü dəqiqəsində vurduğu qol "Bakı"ya minimal hesablı qələbə qazandırıb - 1:0. Turun ən maraqla gözlənilən oyunu da bu gün baş tutub. Belə ki, "Neftçi" öz meydanında əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Olduqca gərgin və sürətli mübarizə şəraitində keçən qarşılaşma qolsuz bərabərliklə başa çatıb - 0:0. Qeyd edək ki, turun qalan 2 oyunu bu gün keçiriləcək.
28 sentyabr (şənbə)
19:00. "Neftçi" – "Qarabağ" - 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov
8-ci km qəsəbə stadionu.
16:00. "Bakı" – "Sumqayıt" - 1:0
Qol: Mindauqas Kalonas, 63 (1:0)
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
29 sentyabr (bazar)
18:00. "Simurq" – "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov
"Şəfa" stadionu.
19:00. "Rəvan" – AZAL
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
"Bayıl Arena" stadionu.
27 sentyabr (cümə)
"Xəzər Lənkəran" – "İnter" - 0:1
Qol: Matija Spiçiç, 11 (0:1)
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB