"Qəbələ"nin U-15 komandası Ukraynaya yollandı

"Qəbələ"nin U-15 komandası Ukraynaya yollandı

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kuboku turnirində iştirak məqsədilə sözügedən ölkəyə yollanıb. Siasport.az saytının məlumatına görə, komanda Ukraynada aşağıdakı futbolçu heyəti ilə təmsil olunacaq:

İlham Rəhimov, Miremil Həsənov, Aqşin Hüseynov, İzzət Müştaqov, Faiq Hacıyev, Tural Əjdərli, Vüsal Ələkbərli, Murad Qayalı, Elmir Agamirov, Elmir Tağıyev, Əli Sadıqov, İlkin Abdullayev, Osman Soltanov, Elvin İmanlı, Cavidan Qasımlı, Fərid Nəbiyev, Kamran Quliyev.

8 komandanın yer aldığı turnirdə kollektivlər ilkin mərhələdə 2 qrupda mübarizə aparacaq:

A Qrupu

"Şaxtyor" (Ukrayna)

"Minsk" (Belarus)

"Şlensk" (Polşa)

"Karpatı" (Ukrayna)

B Qrupu

"Dinamo" (Ukrayna)

"Real-Sukçes" (Moldova)

"Qəbələ"

"Çernomorets" (Ukrayna)

"Qəbələ" turnirdə ilk oyununu bu gün Bakı vaxtı ilə saat 19:45-də keçirəcək. Təmsilçimiz "Çernomorets"lə üz-üzə gələcək.

"Qəbələ"nin oyun cədvəli:

28 sentyabr

"Qəbələ" - "Çernomorets" 19:45

29 sentyabr

"Real-Sukçes" - "Qəbələ" 12:00

1 oktyabr

"Qəbələ" - "Dinamo" 14:15

Bütün xəbərlər Facebook səhifəmizdə