Futbol üzrə Rusiya millisi Azərbaycan yığması ilə oyun öncəsi ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, "Rayo Valyekano" ilə görüşün 16-cı dəqiqəsində zədələndiyi üçün meydandan çıxarılan "Sevilya"nın rusiyalı hücumçusu Denis Çerışevin taleyinə aydınlıq gəlib.
İspaniyanın nüfuzlu "As" qəzetinin iddiasına görə, gənc oyunçunun sol baldırındakı əzələdə yırtıq aşkarlanıb. Onun minimum 4, maksimum isə 6 həftə oynaya bilməyəcəyi qeyd olunur. Bu isə o deməkdir ki, Çerışev Rusiya yığmasının Bakıya gətiriləcək heyətində yer almayacaq. Qeyd edək ki, "Volqa"da Vaqif Cavadovun baş məşqçisi olmuş Dmitri Çerışevın oğlu olan Denis Rusiya millisinin açıqlanmış 36 nəfərlik geniş heyətində yeganə legioner futbolçu idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB