İlqar Ələkbərov Rahid Əmirquliyevdən üzr istədi

İlqar Ələkbərov Rahid Əmirquliyevdən üzr istədi

Dünən keçirilən "Xəzər Lənkəran" - "İnter" (0:1) matçı qalmaqalsız ötüşmədi. Belə ki, ilk hissənin sonunda Vaqif Cavadovla Etame Mbilla arasında yaşanan qalmaqal çox sayda futbolçunu üz-üzə qoydu.

Siasport.az saytının məlumatına görə, "İnter" cəbhəsindən gənc İlqar Ələkbərov da hadisələrin qaynar nöqtəsində idi. O, xüsusən də "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin üzərinə yeridi.

Amma gənc yarımmüdafiəçi bu əməlindən peşman olub. Məsələ burasındadır ki, İ.Ələkbərov fasilədə, eləcə də oyundan sonra təcrübəli həmkarı Rahid Əmirquliyevdən üzr istəyib.

Mənbə: Futbol11.az

Bütün xəbərlər Facebook səhifəmizdə