Kaxaber Sxadadze: "Təsəvvürümüzə də gətirməzdik ki..."

Kaxaber Sxadadze: "Təsəvvürümüzə də gətirməzdik ki..."

"Mövsümə uğurlu başlamamışdıq, təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq". Siasport.az saytının məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Xəzər Lənkəran"la oyundan sonra deyib. O, komandasının durumu barədə danışıb: "Komandanı şokdan ayıltmaq üçün qələbə və bərabərliklər lazımdır. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur "Bakı" ilə heç-heçə etdik, bu gün isə "Xəzər Lənkəran"ı məğlub etdik. Özümüzə gəlmək və mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, "Xəzər Lənkəran"dan səfərdə 3 xal aldığımız üçün şadam".

Bütün xəbərlər Facebook səhifəmizdə