Misir Futbol Federasiyası Azərbaycan klubu "Rəvan"ın planlarını pozub. Siasport.az saytının məlumatına görə, federasiya "Rəvan"ın Misirin "Al Arabi" klubundan aldığı Musa Kabirunun transfer vərəqini ölkəmizə göndərmir.
Musa "Rəvan"ın son transferlərindəndir. Futbolçu hücum xəttini gücləndirmək üçün gətirilib, amma hələ heç bir rəsmi oyunda iştirak etmək iqtidarında deyil.
"Rəvan" isə onun transfer vərəqinin ölkəmizə gətirilməsi üçün federasiya ilə mütəmadi əlaqə qurur. Məlumata görə, danışıqlar yaxın günlərdə müsbət yekunlaşmalıdır.
Qeyd edək ki, Musa Kabiru Nigeriya millisinin sabiq üzvüdür.
Mənbə: Futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB