Monteneqronun Budva şəhərində gənclər arasında şahmatın blits və rapid (sürətli) növləri üzrə Avropa çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda 10 yaşlı uşaqlar arasında Azərbaycanı şahmatçı Gövhər Beydullayeva təmsil edib. Çempionatda rapid növü üzrə yarışlar başa çatıb. Şahmatçımız son turda Rebekka Olleni (Macarıstan) məğlub edərək hesabına 9-cu xalı yazdırıb. Bununla da idmançımız yaşıdları arasında rapid növü üzrə turnirdə birinci olub.
Qeyd edək ki, G.Beydullayeva blits növü üzrə yarışlarda ikinci yeri tutub.
Sentyabrın 29-da şahmatın klassik növü üzrə yarışlara başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB