Slaven Biliçə və Felipe Meloya cəza yağdı!

Slaven Biliçə və Felipe Meloya cəza yağdı!

Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi, (TFF) dünən axşam qalmaqallı "Beşiktaş"-"Qalatasaray" derbisində baş verənlərlə bağlı qərar verib. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartalların" baş məşqçisi Slaven Biliç, hakimi təhqir etdiyi üçün 3 oyunluq texniki zonadan kənarlaşdırılmaqla 13 min türk lirəsi cərimə olunub. "Qalatasaray"ın futbolçusu Felipe Melo isə, qarşıdurma yaratdığı, futbolçuları və azarkeşləri təxribata təhrik etdiyi üçün 2 oyunluq yaşıl meydanlardan kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə