Zlatan İbrahimoviçdən sensasiyalı etiraf!

Zlatan İbrahimoviçdən sensasiyalı etiraf!

Bir neçə gün bundan əvvəl Fransanın "PSJ" futbol klubu ilə hazırkı müqaviləsinin müddətini uzadan Zlatan İbrahimoviç, yenidən maraqlı açıqlamalrı ilə gündəməm gəlib. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, isveçli ulduz futbolçu "PSJ" ilə razılığa gəlmədən, Avropanın bir neçə adlı-sanlı futbol klubu ilə danışıqılar apardığını etiraf edib: "Hələ yay aylarından başlayaraq Avropanın top klublarından transfer təklifləri alırdım. Menecerlərimlə birlikdə hər bir təklifi dəyərləndirməklə məşğul idim. Çalışırdım ki, ən doğrusuna qərar verim. Sonda "PSJ" prezidenti Nasser Əl Xəlafi ilə görüşüb müqaviləmin müddətini uzatmaq və bu komandanın uğurları üçün çalışmağa qərar verdim. ƏMinəm ki, burada koryeramın ən böyük uğurlarını qazanacam."

Bütün xəbərlər Facebook səhifəmizdə