"Qəbələ"nin hazırlıqları davam edir

"Qəbələ"nin hazırlıqları davam edir

"Qəbələ" - "Rəvan" (3:0) matçının ardından 2 günlük istirahətə buraxılan "qırmızı-qaralar" Premyer Liqanın növbəti - VIII turunun hazırlıqlarını davam etdirirlər. Siasport.az saytının məlumatına görə, "Simurq"la qarşlaşacaq "Qəbələ" baş məşqçi Yuri Syominin rəhbərliyi altında doğma məkanda gündəlik 2 məşqə çıxır. Məşqlərdə hazırda bərpa prosesi keçən Rail Məlikovdan başqa bütün futbolçular iştirak edir.

Xatırladaq ki, "Simurq" - "Qəbələ" matçı sentyabrın 29-u saat 18:00-da baş tutacaq. Qarşılaşma paytaxtda - "Şəfa" stadionunda keçiriləcək.

"Simurq" – "Qəbələ"

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Səfər Haşımov

"Şəfa" stadionu, 18:00

Bütün xəbərlər Facebook səhifəmizdə