Rəşad Sadiqov: "Azarkeşlər “Neftçi” - “Qarabağ” oyununa “Avropa derbisi” adı qoyublar"
"Həftə sonu "Qarabağ"la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubu ilə oyun öncəsi "Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov deyib. O, bu iki komandanın oyununun həmişə maraqlı olduğunu qeyd edib: "Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub. Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də "Neftçi" - "Qarabağ" oyununa "Avropa derbisi" adı qoyublar. Məncə də, bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB