"Gücündən asılı olmayaraq bütün rəqiblərə hörmətlə yanaşırıq. "Qarabağ" klubu kollektiv şəkildə yaxşı oynamaqla yanaşı, həm də komanda yoldaşlarım kimi fərdi ustalığı yüksək olan futbolçulara malikdir". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubu ilə oyun öncəsi "Neftçi" PFK-nın futbolçusu Erik Ramos deyib. O, hər iki komandanın azarkeş dəstəyinin güclü olacağını qeyd edib: "Rəqibimiz son ev oyunlarını "Bakcell Arena"da keçirib və demək olar ki, bu stadionda oynamağa alışıb. Bu səbəbdən də qonaq komanda anlayışı o qədər önəmli deyil. Fikrimcə, hər iki komandanın azarkeş dəstəyi güclü olacaq. Biz də çalışacağıq ki, gözəl futbol nümayiş etdirib, onları sevindirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB