Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Baku Open 2013" beynəlxalq şahmat festivalı davam edir. Siasport.az saytının məlumatına görə, festivalın yeddinci turunda şahmatçımız Nicat Abbasov Pavel Smirnova (Rusiya) məğlub olub. Digər idmançımız Eltac Səfərli isə Exsam Qaem Maqamiyə (İran) qalib gəlib.
Qeyd edək ki, festivalda iştirak edən digər şahmatçılarımız İzzət Kənan, Rauf Məmmədov, Vüqar Rəsulov, Qədir Hüseynov və Eltac Səfərlinin hesablarında üç xal var.
Belarus şahmatçısı Sergey Jigalko turnirin favoritidir.
Yarışda ölkəmizlə yanaşı, 18 dövlətdən 224 şahmatçı qələbə uğrunda mübarizə aparır. Onlardan 33-cü beynəlxalq qrossmeyster, 28-i beynəlxalq usta və 9-u FİDE ustasıdır.
İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.
Festival sentyabrın 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB