Bakı şəhər birinciliyinə yekun vurulub

Bakı şəhər birinciliyinə yekun vurulub

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında (1994-96- ci il təvəllüdlülər arasında) sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, gənclər arasınad sərbəst güləş üzrə yarışalrda 55 idmançı mübarizə aparıb. Nəticələrə görə, 50 kq çəki dərəcəsində Tofiq Sadıqlı (DİN İC), 55 kq çəki dərəcəsində Coşqun Məmmədli (ROİL), 60 kq çəki dərəcəsində Ağabəy Ramazanzadə (MOİK), 66 kq çəki dərəcəsində Elvin Xıdırov (Bakı Türk Liseyi), 74 kq çəki dərəcəsində Elçin Məmmədov ("Neftçi" İSM), 84 kq çəki dərəcəsində Elmar İsmayılov ("Gömrükçü"), 96 kq çəki dərəcəsində Zaur Məmmədli ("Gömrükçü") I yerlərə layiq görülüblər.

Yunan-roma güləşi üzrə yarışlarda isə 75 idmançı mübarizə aparıb. Nəticələrə görə, 50 kq çəki dərəcəsində Qurban Məmmədov ("Neftçi" İSM), 55 kq çəki dərəcəsində Elçin Məmmədov (Spartak), 60 kq çəki dərəcəsində Murad Bazarov ("Neftçi" İSM), 66 kq çəki dərəcəsində Ruhin Mikayılov ("Neftçi" İSM), 74 kq çəki dərəcəsində Şəmistan Quluzadə ("Təhsil" RİM), 84 kq çəki dərəcəsində Eltun Vəzirzadə ("Spartak"), 96 kq çəki dərəcəsində Türmən Eyyubov (ROİL), 120 çəki dərəcəsində Əli Həsənov (Xosrov Cəfərov GK) I yerlərə layiq görülüblər.

I, II və III yerə çıxmış idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Onu da qeyd edək ki, qalib gəlmiş idmançılar "Hünər meydanı" respublika turnirinə vəsiqə əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə