"Sumqayıt" FK "Bakı" ilə oyunun hazırlığını davam etdirir

"Sumqayıt" FK "Bakı" ilə oyunun hazırlığını davam etdirir

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 8-ci turunda səfərdə "Bakı"nın qonağı olacaq. Siasport.az saytının məlumatına görə, Aqil Məmmədovun komandası bu qarşılaşma üçün hazırlığını davam etdirir. Komanda tam heyətlə hazırlaşa bilmir. Belə ki, bir müddət əvvəl zədələnən Zaur Həşimov hələ ki, məşqlərə qoşulmur. "Neftçi" ilə son görüşdə zədələnən qapıçı Anar Nəzirov isə fərdi məşqlərlə kifayətlənir. Digər qapıçı Elçin Sadıqov zədəsini sağaldaraq kollektivə qoşulub.

Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sentyabrın 28-də saat 16:00-da "Bakı" FK-nın təlim-məşq bazasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə