"Klublardan şikayət gəldi-gəlmədi, PFL hər turun bütün oyunlarının videoyazısını izləyir". Siasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, hakim səhvlərindən danışıb: "Hakim səhv edirsə, buna görə cəzasını alır. Çox vaxt uduzan komanda günahı hakimdə görür. Hakimlərin tərəfini saxlamaq fikrim yoxdur. Hakim səhvi olmayan heç bir çempionat yoxdur. Çalışırıq ki, heç bir halda qərəz olmasın. Premyer Liqada çıxış edən 10 komandanın hamısı bizim üçün eynidir. Sponsorların qarşısında bəraət qazanmaq üçün məsuliyyəti bizim üzərimizə atırlar. İstədiyiniz hər hansı bir mübahisəli epizod bizdə var. Günahkarlar barəsində mütləq ölçü götürülür. 8 baş hakimin hamısına derbi oyunlarının idarəçiliyini verə bilmərik. Gələcəkdə daha gənc hakimlərə şans veriləcək, gəncləşdirmə siyasəti aparılacaq. I Divizion və əvəzedicilərdə oyun idarə edən bəzi hakimlərə Premyer Liqada oyun idarəçiliyi şansı yaradacağıq. 8 baş hakimdən 4-ü işindən uzaqlaşdırılarsa, bu halda xaricdən hakim dəvət etmək haqqında düşünə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB