Ayın ən yaxşı oyunçusu və ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Bu gün Peşəkar Futbol Liqası (PFL) avqust ayının "Ayın oyunçusu" və "Ayın qolu" nominasiyasının qaliblərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, ayın ən yaxşı oyunçusu "Bakı" futbol klubunun hücumçusu Cavid Hüseynov, ayın ən yaxşı qolunun müəllifi isə AZAL klubunun hücumçusu Con William Oluremi seçilib.
Qaliblər "Fairmont" mehmanxanasında təşkil olunmuş tədbirdə mükafatlandırılıblar. Mərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azinteltek" birgə müəssisəsinin sədri Ahmet Sezer də iştirak ediblər.
Tədbirdə çıxış edən R.Musayev və A.Sezer futbolçuları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar.
Ayın ən yaxşı oyunçusuna 1500 AZN, ayın ən yaxşı qolunun müəllifinə isə 1000 AZN pul mükafatı təqdim olunub.
Daha sonra isə R.Musayev, A.Sezer və futbolçular jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, ayın qolunun müəllifi www.pfl.az saytında xüsusi səsvermə ilə, ayın futbolçusu isə 50-dən artıq idman jurnalisti arasında keçirilən səsvermə ilə təyin edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB