Nazir Avropa Olimpiya Oyunları zamanı Bakının nəqliyyat məsələlərindən danışdı
Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları zamanı nəqliyyat məsələlərindən danışıb. Siasport.az saytının məlumatına görə, nazir bu məsələnin diqqətdə saxlanıldığını qeyd edib. Onun sözlərinə görə, Təşkilat Komitəsinin nəqliyyat departamentinə London və Afinada keçirilən Olimpiya Oyunlarının təşkilatçılığında təcrübəsi olan mütəxəsislər dəvət olunub. A.Rəhimov yarışlar zamanı xüsusi "shuttle bus"lardan (ictimai nəqliyyat xidməti) istifadə olunacağını deyib.
Nazir Avropa Olimpiya Oyunları zamanı əhalinin çətinlik çəkməməsi üçün Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Yol Polisi ilə birgə işlər görüldüyünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB