Bu gün "Abşeron" mehmanxanasında Fransanın Azərbaycandakı səfirliyi Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı seminar təşkil edib. Siasport.az saytının məlumatına görə, seminarın açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye isə seminarın təcrübə mübadiləsi aparmaq məqsədi ilə təşkil edildiyini diqqətə çatdırıb. O, Avropa Oyunlarının vacib tədbir olduğunu vurğulayıb.
Səfir əldə edilmiş nailiyyətlərlə yanaşı, həllini gözləyən bir sıra məsələlərin olduğunu da bildirib.
Çıxışlardan sonra seminar "Şəhərlərin formalaşmasında oyunlar" mövzusunda təqdimatla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB