“Araz Naxçıvan”ın “ultrAraz” fan-klubu fəaliyyətə başladı

“Araz Naxçıvan”ın “ultrAraz” fan-klubu fəaliyyətə başladı

I divizonda mübarizə aparan "Araz Naxçıvan" klubunun rəsmi fan-klubu fəaliyyətə başlayıb. Siasport.az saytının məlumatına görə, fan-klub "ultrAraz" adı ilə azarkeşləri ətrafında cəmləyəcək.

Qadir Məmmədli adlı azarkeş isə "ultrAraz"ın rəhbəri seçilib. Gənc fan-klub rəhbəri fikirlərini bildirib: "Artıq bu gündən rəsmi fəaliyyətə başladıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Bu gün yaranmağımıza baxmayaraq, 60-dan çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunub. Artıq "Xəmsə" fan-klubunun rəhbəri Adil Məmmədov bizə təbrik ünvanlayıb. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda çox hörmətlə qarşılayıb, xoş xatirələrlə yola salacağıq. Hələ ki, fəaliyyətimiz Naxçıvan şəhərini əhatə etsə də, qısa zaman ərzində fəaliyyətimizi genişləndirmək niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə