Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında Avropa birinciliyi keçirilir. Siasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (80+kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.
İlk olaraq boksçularımızdan A.Ağayeva rinqə çıxıb. Onun Avropa birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə məğlub olub - 0:3 (37:39, 35:40, 37:39).
Alina Hacıyeva isə ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.
Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.
Avropa birinciliyinə sentyabrın 28-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB