3-cü İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan idmançısı medal qazandı
3-cü İslam Həmrəyliyi Oyunlarının üzgüçülük yarışlarında Azərbaycan idmançısı Yevgeni Lazuka baterflyay üsulla 50 metr məsafəyə üzmədə 24.61 saniyə nəticə ilə gümüş medal qazanıb. Siasport.az saytının məlumatına görə, bu, 24 yaşlı idmançının Azərbaycan bayrağı altında qazandığı ilk uğurudur. O, Belarus yığmasının heyətində yeniyetmələr arasında Avropa və dünya çempionu olub.
Y.Lazuka bildirib ki, bu ilin avqust ayında Barselonada keçirilmiş dünya çempionatında bundan da yüksək nəticə göstərmişdi - 24.14 saniyə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB