Türkiyənin "Qalatasaray" klubu, baş məşqçisi Fatih Terimlə yolları ayırıb. Siasport.az saytı xəbər verir ki, dünən axşam bir araya toplaşan klub rəhbərliyi keçirdiyi iclasda F.Terimin komandada qalıb-qalmamasını müzakirə edib. İclasdan sonra klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergen baş məşqçi ilə yolları ayırdıqlarını açıqlayıb. Səbəb olaraq isə onun klub rəhbərliyinə hörmətsizlik etməsi göstərilib. Beləliklə, "Qalatasaray" ən çətin məqamında komandanın sükanı arxasına keçərək, onu ayağa qaldıran və iki il ardıcıl olaraq çempion edən əfsanəvi baş məşqçi ilə yolları ayırıb. Bu qərardan sonra, o, yalnız Türkiyə millisini çalışdıracaq. Qeyd edək ki, Terimin qarşıdakı günlərdə milli ilə may ayında bitəcək müqaviləni uzadacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB