"Bakı" klubu Premyer Liqa matçlarına hazırlıq zamanı fərqli formalardan yararlanır. Siasport.az saytının məlumatına görə, baş məşqçi Milinko Pantiç cərimə zərbələri üçün xüsusi hazırlıq keçir. Beş nəfərlik süni "canlı sədd"in önündə duran futbolçular növbə ilə cərimə nöqtəsindən dəqiqliklərini yoxlayıblar. Edin Nuredinoskinin qoruduğu "çərçivə"ni Əfran İsmayılov, Aleksandr Şoliç, Risto Ristoviç, Elvin Məmmədov və Mario Horvat yoxlamadan keçiriblər. Saat yarımlıq səhər məşqindən sonra verilən tapşırığı İsmayılov, Horvat və Şoliç daha dəqiq yerinə yetirib.
Son tur "İnter"lə matçda (2:2) cərimə zərbəsindən fərqlənən Əfran yenə diqqət mərkəzinə düşüb. Çünki Pantiç oyunlar zamanı daha çox onun topun arxasına keçməsinə üstünlük verir. Üstəlik çalışdırıcı hazırlıq zamanı özü də qapıya vurduğu zərbələrlə yetirmələrinə "master-klass"ını göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB