"Bu yarışda hər kəs məni favorit kimi görürdü və buna görə də səhvə yol verib məğlub ola bilməzdim". Siasport.az saytının məlumatına görə, bu sözləri İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev deyib. Beşqat dünya çempionu yarışda keçirdiyi döyüşlərdən danışıb: "Düzdür, Misir idmançısı ilə döyüş bir az çətin oldu. Həmin idmançı gəncdir və onunla ilk dəfə qarşılaşırdım. 3:0 hesabı ilə öndə olsam da, bir anlıq arxayınlıq hesabın bərabərləşməsinə səbəb oldu. Vaxt azalırdı, əgər hesab bərabər qurtarsaydı yəqin ki, qələbəni ona verəcəkdilər. Son anda riskə gedib, 3 xallıq fənd işlədərək, onu yerə sərdim və əlavə zərbə sayəsində qələbəni təmin etdim. Finalda isə İran idmançısından güclü olduğumu sübut etdim. Bu, tək mənim qələbəm deyil, bütün Azərbaycan xalqının qələbəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB