Xəbər verdiyimiz kimi, Estoniyanın Tallinn şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. Siasport.az saytının məlumatına görə, birinciliyin ilk günündə 23 yaşa qədər oğlanlar arasında ölkəmizi təmsil edən Yuri Dudoqlo (62 kq) qızıl medal qazanıb. Digər idmançımız Elxan Əliquluzadə (69 kq) 20 yaşa qədər oğlanlar arasında mübarizə aparıb və möhtəşəm çıxış edərək çempion adını qazanıb.
Birdən qaldırma hərəkətində E.Əliquluzadə əvvəlcə 130 kiloqramı ram edib. İkinci yanaşmasında 135 kiloqram sifariş edən idmançımız bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmasındakı 137 kiloqrama güc gələ bilməyən atletimiz bu hərəkətdə ikinci yeri tutub. Təkanla qaldırma hərəkətində isə atletimiz daha uğurlu çıxış edib. Əvvəlcə 160, sonra isə 166 kiloqramı ram edən E.Əliquluzadə bu hərəkətdə qızıl medal qaanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB