Bert van Marveyk "Hamburq"un baş məşqçisi oldu

Bert van Marveyk "Hamburq"un baş məşqçisi oldu

Artıq Almaniyanın "Hamburq" klubu özünə yeni baş məşqçi tapıb. Siasport.az saytı xəbər verir ki, Bundesliqa komandası Torsten Finkin istefasından sonra yeni mütəxəssislə iki illik müqavilə imzalayıb. Alman klubunun rəsmi saytı xəbər verir ki, bundan sonra futbol üzrə Hollandiya millisinin baş məşqçisi olmuş Bert van Marveyk klubun uğurları üçün çalışacaq. Müqaviləyə əsasən, 61 yaşlı baş məşqço illik 1.4 milyon avro qazanacaq. Qeyd edək ki, Marveyk 2002-ci ildə "Feyenoord"la UEFA suberkubokunu qazanıb. O, 2010-cu ildə isə Hollandiya millisi ilə dünya çempionatında finala çıxmış və həlledici qarşılaşmada İspaniyaya məğlub olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə