“Simurq”un futbolçusu hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VII turunun "Qəbələ" – "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VII turunun "Qarabağ" – "Simurq" matçında "Simurq" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 83-cü dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Oyun 90+3-cü dəqiqəsində "Simurq" klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının VII turunun AZAL – "Xəzər Lənkəran" matçının 45+1-ci dəqiqəsində AZAL klubunun 15 №-li futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 72-ci dəqiqəsində AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur(maddə 52).
21 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun AZAL – "Xəzər Lənkəran" matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Oyunun 70-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 42 №-li futbolçusu Kamran Abdullazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun "Kəpəz" – "Neftçala" matçının 75-ci dəqiqəsində "Neftçala" klubunun 20 №-li futbolçusu Tanrıverdi Məhərrəmli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).
21 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun MOİK – "Mİl-Muğan" matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun "Karvan" – "Qaradağ Lökbatan" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun II turunun "Lokomotiv" – "Ağsu" matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).
22 sentyabr 2013-cü il futzal üzrə Azərbaycan II dəstəsinin "Caspian Tradinq" – "İnci" matçının 35-ci dəqiqəsində "İnci" klubunun 5 №-li futbolçusu Elşən Pirverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).
20 sentyabr 2013-cü il Həvəskarlar arasında Futzal üzrə Azərbaycan birinciliyinin "Seniors" – "Zirvə" matçının 35-ci dəqiqəsində "Seniors" klubunun 13 №-li futbolçusu Musa Musazadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB