"Xəzər Lənkəran" tarixində 550-ci qolu vurub. Siasport.az saytının məlumatına görə, bu top Topaz Premyer Liqasının VII turunun AZAL-la qarşılaşmasına təsadüf edib. Oyunda komandanın 2-ci qoluna imza atan Junior Nildo klub tarixində 550-ci topun müəllifi kimi fərqlənib.
2004-cü ildə yaranan komanda 550-ci qolunu 354-cü matçında vurub. Yubiley qolundan sonra daha 1 dəfə rəqib qapısına yol tapan Nildo bu rəqəmi 551-ə çatdırıb. Bu qollardan 404-ü Premyer Liqada, 120-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda qeydə alınıb. Maraqlıdır ki, ardıcıl 3-cü dəfədir yubiley qolu sentyabr ayına tsəsadüf edir. 450-ci və 500-cü qollar son 2 ilin sentyabrnda vurulmuşdu.
2004/05 mövsümündə çempionata təsadüf edən "Şəfa" üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda "MKT-Araz"la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 551 dəfə fərqlənən "Xəzər Lənkəran"ın son matçı 2 ilklə də əlamətdar oldu.
AZAL-la oyunda hesabı açan Deyvid Sakkoni klub tarixində qol sevinci yaşayan 84-cü oyunçu kimi tarixə düşdü. Ağ-yaşıl formada ilk dubluna imza atan Nildo isə bunu bacaran 37-ci "Xəzər Lənkəran"lı oldu. Bu 37 futbolçu ümumilikdə 68 dəfə 1 oyuna 2 qol vurub.
Qeyd edək ki, komanda ötən tur Premyer Liqa oyunlarında yubiley - 400-cü qolunu vurmuşdu.
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
|
1 |
Çöri İlir (Albaniya) |
çempionat |
Turan |
s |
1:1 |
07.08.2004 |
26 |
|
50 |
Oqtay Dərəlioğlu(Türkiyə) |
çempionat |
MOİK |
s |
1:0 |
12.04.2005 |
40-p |
|
100 |
Xaqani Məmmədov |
çempionat |
Olimpik |
e |
1:0 |
12.02.2006 |
78 |
|
150 |
Vüqar Nadirov |
Kubok,1/8 |
Bakılı |
e |
4:0 |
20.11.2006 |
90+1 |
|
200 |
Zaur Ramazanov |
Çempionat |
Masallı |
s |
3:0 |
18.08.2007 |
88 |
|
250 |
Zaur Ramazanov |
Birlik kuboku,final |
Paxtakor (Özbəkistan) |
n |
4:3 |
27.01.2008 |
43 |
|
300 |
Klaudiu Radukanu (Rumıniya) |
Kubok,1/8 |
NBC (indiki Muğan) |
e |
3:0 |
30.10.2008 |
23 |
|
350 |
Mario Souza (Braziliya) |
Kubok, 1/8 |
Muğan |
e |
3:0 |
04.11.2009 |
53 |
|
400 |
Uinston Parks (Kosta-Rika) |
Çempionat |
Turan |
e |
2:0 |
23.10.2010 |
7 |
|
450 |
Adrian Pit (Rumıniya) |
Çempionat |
Qarabağ |
s |
1:0 |
17.09.2011 |
42 |
|
500 |
Saduo Tounkara (Mali) |
Çempionat |
Neftçi |
s |
1:2 |
15.09.2012 |
8 |
|
550 |
Junior Nildo (Braziliya) |
Çempionat |
AZAL |
s |
3:1 |
22.09.2013 |
68 |
1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB