Bilet satışı davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 20-dən etibarən AFFA yeni kampaniyaya start verib. Belə ki, 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə "Bakcell Arena"da keçirəcək. Siasport.az saytının məlumatına görə, bu qarşılaşmalar üçün satılan biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və 2 oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaq. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq (Biletlərin qiyməti ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz) .

Qeyd edək ki, biletləri "Bakcell Arena"nın kassalarından, Park Bulvar Alış-Veriş və 28 Mall Ticarət Mərkəzlərindən ala bilərsiniz.



Kateqoriyalar

Azərbaycan - Şimali İrlandiya
(tək bilet)

Azərbaycan - Rusiya
(tək bilet)

Azərbaycan - Şimali İrlandiya
Azərbaycan - Rusiya
(2 oyuna bir bilet )

1-ci kateqoriya

6 AZN

10 AZN

12 AZN

2-ci kateqoriya

4 AZN

8 AZN

10 AZN

VİP

50 AZN

100 AZN

---

Bütün xəbərlər Facebook səhifəmizdə